EN

ABŞ və İran razılığa gəldi

İran ABŞ ilə fundamental prinsiplər üzrə razılığa gəlib. Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi belə açıqlama verib. Cenevrədə keçirilən nüvə danışıqları barədə açıqlama verən Əraqçi bildirib ki, tərəflər potensial razılaşma sənədləri üzərində işləyəcək və onları bir-biri ilə paylaşacaq. Əraqçi razılaşmanın tezliklə yekun razılaşmanın əldə olunacağı demək olmadığını, lakin danışıqlarda irəliyə atılan addım olduğunu qeyd edib.

Qeyd edək ki, İran ilə ABŞ arasında danışıqlar davam edərkən İranın dövlət mediası strateji əhəmiyyətli Hörmüz boğazının bir hissəsinin təhlükəsizlik səbəbləri ilə müvəqqəti olaraq bağlanacağını açıqlayıb.

Chosen
60
metbuat.az

1Sources