EN

Bakıda sakinləri təngə gətirən yol problemi Müraciətimizə baxan yoxdur VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Suraxanı rayonunun Binə qəsəbəsinin 178-ci məhəlləsinin sakinləri yol problemindən əziyyət çəkirlər.

Avtosfer.az xəbər verir ki, bu barədə Baku TV-yə danışan sakinlərin sözlərinə görə, yağış yağan kimi küçədə hərəkət etmək mümkünsüz olur.

"Uşaqlarımız məktəbə gedə bilmir, evdə xəstə uşağımız var, təcili yardım çağırırıq, gəlmir. Dəfələrlə müraciət etmişik, baxan yoxdur", - deyə sakin narazılığını ifadə edib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, asfaltlanmaya ehtiyac olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında aidiyyəti qurum - Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanıb.

Qeyd olunub ki, yolların asfaltlanması mərhələli şəkildə həyata keçiriləcək.

Oxunub 24

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
109
1
avtosfer.az

2Sources