AZ

Binə sakinlərini təngə gətirən məsələ: “Xəstə uşağa təcili yardım çağırırıq, gəlmir” – VİDEO

Suraxanı rayonunun Binə qəsəbəsinin 178-ci məhəlləsinin sakinləri yol problemindən əziyyət çəkirlər.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yağış yağan kimi küçədə hərəkət etmək mümkünsüz olur.

“Uşaqlarımız məktəbə gedə bilmir, evdə xəstə uşağımız var, təcili yardım çağırırıq, gəlmir. Dəfələrlə müraciət etmişik, baxan yoxdur”, – deyə sakin narazılığını ifadə edib.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib ki, asfaltlanmaya ehtiyac olan küçələrin təmir olunması ilə bağlı vətəndaşların müraciəti əsasında aidiyyəti qurum – Avtomobil Yolları Dövlət Agentliyinə məktub ünvanlanıb.

Qeyd olunub ki, yolların asfaltlanması mərhələli şəkildə həyata keçiriləcək. /Baku TV/

Seçilən
58
1
nocomment.az

2Mənbələr