EN

Azərbaycan BƏƏ birgə işçi qrupu yaradılacaq

Xalq qazeti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu barədə Kənd Təsərrüfatı Nazirliyində Azərbaycanda səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Amna bint Abdulla Əl Dahak Əl Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə bildirilib.

Görüşdə kənd təsərrüfatı naziri Məcnun Məmmədov iki ölkə arasında əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensialın olduğunu deyib. Nazir qeyd edib ki, keçirilən müzakirələr Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında aqrar sahədə əməkdaşlıq perspektivlərini araşdırmağa və yeni tərəfdaşlıq yaratmağa imkan verir

Amna bint Abdulla Əl Dahak Əl Şəmsi bildirib ki, ölkəsi Azərbaycanla aqrar sahədə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin artırılması, heyvandarlıq və kənd təsərrüfatının digər sahələrinə investisiya qoyuluşu imkanları, aqrar sahədə yeni texnologiyaların tətbiqi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
44
10
xalqqazeti.az

10Sources