Bakı. Trend:
ABŞ-nin Kolorado ştatında baş verən iri yol-nəqliyyat hadisəsinəticəsində dörd nəfər həlak olub, 29 nəfər xəsarət alıb.
Trend xəbər verirki, bu barədə "The Denver Post" qəzeti mənbələrə istinadən məlumatyayıb.
Nəşrin yazdığına görə, Koloradonun cənubunda 30-dan çoxavtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bildirilir ki,hadisəyə səbəb torpağı I-25 magistral yoluna sovuran güclü küləklərolub.
Hazırda qəza baş verən əraziyə yaxın şimal istiqamətli yolbağlanıb. Yaralılar xəstəxanalara çatdırılıb.
Hadisənin bütün detalları araşdırılır.