Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinin "P-8A Poseidon" patrul və sualtı qayıqlara qarşı təyyarəsi İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təlimlərinin keçirildiyi Hörmüz boğazı üzərində kəşfiyyat uçuşu həyata keçirib.
"Report"un İnterfaks agentliyinə və "Flightradar24" aviasiya resursunun məlumatlarına istinadən xəbərinə görə, təyyarə Bəhreyndəki Şeyx İsa aviabazasından havaya qalxıb.
Bir neçə saat davam edən əməliyyat zamanı o, Hörmüz boğazı üzərində uçuşlar həyata keçirərək Fars və Oman körfəzləri arasında manevrlər edib. Uçuşlar təxminən 6 min metr hündürlükdə icra olunub.
İranın Hörmüz boğazında keçirdiyi təlimlərdə ehtimal edilən hərbi əməliyyat ssenariləri məşq olunur. "Fars" agentliyinin məlumatına görə, sualtı qayıqlar səth hədəflərinin məhv olunmasını sınaqdan keçirir, dənizdən və qurudan qanadlı raket buraxılışları edilir, radioelektron mübarizə şəraitində fəaliyyət göstərə bilən yeni raket növləri istifadə olunur.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.