EN

Aİ-nin Ermənistandakı missiyasına yeni rəhbər təyin olunub

AzVision.az xəbər verir ki, xanıçm Koyvu EUMA-nın indiki rəhbəri Markus Ritterin yerinə 20 fevral 2026-cı ildə vəzifəsinin icrasına başlayacaq.

Satu Koyvu milli və beynəlxalq səviyyədə 35 ildən çox təcrübəyə malik yüksək rütbəli Finlandiyalı polis zabitidir. O, Fələstin ərazilərində, Ruanda, Namibiya və Kiprdə BMT və Aİ missiyalarında yüksək vəzifələrdə çalışıb.

EUMA-nın rəhbəri təyin edilməzdən əvvəl Satu Koyvu Finlandiya Milli Polisinin Espoo şəhərində kadrlar şöbəsinin rəisi işləyib.

Qeyd edək ki, rəsmi Bakı EUMA-nın əslində Azərbaycanın ərazisindəki obyektlərlə bağlı binokl casusluğu ilə məşğul olduğunu dəfələrlə diqqətə çatdırıb. Lakin Ermənistan və Aİ bu missiyanın fəaliyyətini dayandırmaq niyyətində olmadıqlarını bəyan edir

Sahil İsgəndərov
AzVision.az
Chosen
113
azvision.az

1Sources