EN

17 ölkə Rusiyaya müraciət edib

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xarici mediaya istinadən xəbər verir ki, İtaliyanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda belə deyilir. Müraciətdə Aleksey Navalnının ölümünə görə məsuliyyətin tamamailə Rusiya hakimiyyətinin üzərinə düşdüyü iddia olunur. “Böyük Britaniya, İsveç, Fransa, Almaniya və Hollandiya tərəfindən nəşr olunan laboratoriya məlumatları Navalnının zəhərlənmə nəticəsində həbsxanada öldüyünü göstərir. Buna görə də ölkələr onun ölümünün şərtlərinin hərtərəfli və şəffaf araşdırılması çağırışlarını təkrarlayırlar”, - müraciətdə vurğulanır. Bəyanatda hazırda Rusiyada 1700-dən çox adamın siyasi motivlərlə həbsdə olduğuna diqqət çəkilir. - Biz qətiyyətimizdən dönmürük: Rusiya hakimiyyəti bütün beynəlxalq öhdəliklərini tam yerinə yetirməli və bütün siyasi məhbusları azad etməlidir”, - çağırışda bildirilir. Bu bəyanatla Avstraliya, Kanada, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, İtaliya, Latviya, Litva, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa, İsveç və Böyük Britaniya çıxış ediblər. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
1
azvision.az

2Sources