EN

“Real” və PSJ səfərdə qalib gəldi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.

90deqiqe.Az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub. Gecənin ən məhsuldar matçı Türkiyədə qeydə alınıb. Belə ki, "Qalatasaray" doğma meydanda "Yuventus"u 5:2 hesabı ilə məğlub edib.

Digər görüşlərdə "Real Madrid" səfərdə "Benfika" üzərində minimal hesablı qələbə qazanıb – 1:0.

Almaniyada keçirilən qarşılaşmada "Borussiya Dortmund" İtaliya təmsilçisi "Atalanta"nı 2:0 hesabı ilə üstələyib.

Fransa derbisində isə PSJ səfərdə "Monako" üzərində 3:2 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, cavab qarşılaşmaları növbəti həftə keçiriləcək.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

17 fevral

21:45. "Qalatasaray" (Türkiyə) - "Yuventus" (İtaliya) 5:2

00:00. "Benfika" (Portuqaliya) - "Real" (İspaniya) 0:1

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) 2:0

00:00. "Monako" (Fransa) - PSJ (Fransa) 2:3

Chosen
117
10
90deqiqe.az

10Sources