Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub.
QOL.az xəbər verir ki, ikinci oyun günündə daha 4 görüş keçirilib.
Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda “Nyukasl”la qarşılaşıb. Oyun İngiltərə klubunun 6:1 hesablı qələbəsi ilə başa çatıb.
"İnter" gözlənilmədən səfərdə "Bodo/Qlimt"ə uduzub - 1:3. "Brügge" - "Atletiko" matçı da gərgin və maraqlı keçib - 3:3. "Bayer" isə səfərdə "Olimpiakos" 2:0 hesabı ilə məğlub edib..
Qeyd edək ki, pley-off mərhələsinin cavab oyunları 24–25 fevralda keçiriləcək.
18 fevral
UEFA Çempionlar Liqası, pley-off mərhələsi, ilk oyunları
21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) - 1:6
00:00."Bodo/Qlimt" (Norveç) - "İnter" (İtaliya) - 3:1
00:00."Brügge" (Belçika) - "Atletiko" (İspaniya) - 3:3
00:00."Olimpiakos" (Yunanıstan) - "Bayer" (Almaniya) - 0:2
17 fevral
"Qalatasaray" (Türkiyə) – "Yuventus" (İtaliya) - 5:2
"Borussiya" (Dortmund, Almaniya) – "Atalanta" (İtaliya) - 2:0
"Benfika" (Portuqaliya) – "Real" (İspaniya) - 0:1
"Monako" (Fransa) – PSJ (Fransa) - 2:3
Artıq ən vacib xəbərlərin bildirişi telefonuna gələcək!
QOL.az-ı "İOS"dan yüklə...
QOL.az-ı "Android"dən yüklə...