EN

Azərbaycan MN VİDEO yaydı, Ukrayna da hərəkətə keçdi

Azərbaycan ordusunun arsenalına 2019-cu ildən daxil edilən  İspaniyanın “Indra Sistemas” şirkətindən alınan LTR-25 LANZA 3D çoxməqsədli, yüksək tezlikli, uzaq mənzilli taktiki radiolokasiya stansiyaları Ukrayna Silahlı Qüvvələrinin diqqətindədir. 

KONKRET.az globalinfo-ya istinadən xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.

Nəşr yazır ki, Azərbaycan Müdafiə Nazirliyinin fevralın 14-də Hərbi Hava Qüvvələrinin yaranması günü münasibətilə yayımladığı videoda sözügedən sistem də əksini tapıb.

Ukraynanın bir müddətdir bu radar sistemindən almaq üçün İspaniya ilə danışıqlar apardığı bildirilir. Məlumata görə, eyni sistemin bir nümunəsi artıq Kiyevə çatdırılıb. Ukrayna Müdafiə Nazirliyi məlumatı hələlik təsdiq etməsə də, LTR-25 üçün yanvar ayından danışıqlara başlanıldığı və nəticədə Kiyevin radarı aldığı deyilir. “Defense Express” iddia edir ki, bir radarın qiyməti 37 milyon avrodur.

Qeyd edək ki, LTR-25 sistemi təyyarə və raketlərdən tutmuş pilotsuz uçuş aparatlarına qədər müxtəlif hava hədəflərini aşkar etmək və izləmək üçün nəzərdə tutulub.

Chosen
72
1
konkret.az

2Sources