EN

UPD qəsəbəsində su xəttində qəza - Evin altında çuxur yarandı

Xətai rayonu, Rəşid Bağırov küçəsində magistral su xəttində qəza baş verib.

BAKU.WS xəbər verir ki, qəza səbəbindən evin altında çuxurlar yaranıb.

Bu vəziyyət sakinləri narahat edir. Onların sözlərinə görə, heç bir qurum əraziyə gəlib baxmayıb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirib ki, Rəşid Bağırov küçəsi 28 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib. Qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.

Qeyd olunub ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.

Chosen
76
1
far.az

2Sources