Rusiyanın Başqırdıstan Respublikasında mədəniyyət naziri Amina Şafikova saxlanılıb.
NOCOMMENT.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, nazir fevralın 18-də vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinərək saxlanılıb.
Amina Şafikova 2012-ci ildən Başqırdıstanın mədəniyyət naziri vəzifəsini icra edirdi. Bundan əvvəl, 2010-2012-ci illərdə Ufa Dövlət Rəssamlıq Akademiyasına rəhbərlik etmişdi.
Qeyd edək ki, buna qədər Rusiyanın Krasnodar diyarının mülki müdafiə və fövqəladə hallar naziri Sergey Ştrikov da saxlanılmışdı.