EN

Masallı Sənaye Məhəlləsinə 1,3 milyon manat yeni investisiya qoyulub

Bakı. Trend:

Masallı Sənaye Məhəlləsinin yeni rezidenti tərəfindən plastiktaraların istehsalı layihəsi həyata keçiriləcək.

Trend bubarədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafıAgentliyinə istinadən xəbər verir.

Belə ki, “Azmer Group” MMC-yə İqtisadiyyat Nazirliyinintabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəolan Masallı Sənaye Məhəlləsinin rezidenti statusu verilib.

Məlumata görə, investisiya dəyəri 1,3 milyon manat təşkil edənlayihə çərçivəsində aqrar sahədə istifadə olunan plastik taralaristehsal ediləcək.

Qeyd edilib ki, Masallı Sənaye Məhəlləsində hazırda 10sahibkarlıq subyektinə rezidentlik statusu verilib, 400-ə yaxındaimi iş yeri yaradılıb.

Chosen
34
az.trend.az

1Sources