BAKI, 18 fevral. TELEQRAF
Azərbaycan Dəmir Yolları (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı–Ağstafa–Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Qurumdan Teleqraf-a bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Qeyd edək ki, bu istiqamət üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.