EN

Bakı restoranlarında iftar menyusu - QİYMƏTLƏR ARTIB - SİYAHI

Ramazan ayının başlaması ilə artıq bir sıra restoranlar iftar menyusu hazırlayıb. Qiymətlər menyuya daxil edilən yeməklərin sayından, yeməyin tərkibində toyuq və ya mal əti olmasından asılı olaraq dəyişir.

Ölkə.Az bir sıra restoranlarda iftar menyularının qiymətləri ilə maraqlanıb:

"Mado": İmsak vaxtı açıq bufet təşkil olunub. Bir nəfər üçün qiymət 20.90 AZN təşkil edir. İftar menyusu da bir nəfər üçün toyuqlu 25 AZN, ətli 27 AZN-dir.
İmsak menyusunun qiyməti 2024-cü illə müqayisədə dəyişməyib. İftar menyusunda isə 10-12 manat artım var.

"Firuzə" restoranda iftar menyusu 1 nəfər 28 manat təşkil edir. Qiymət 2024-cü illə müqayisədə 7 manat çoxdur.

"Cookmood": Yeməyin toyuqlu və ya ətli olmasından asılı olaraq 1 nəfər üçün qiymət 25-35 manat aralığındadır. 2024-cü illə müqayisədə 3-6 manat çoxdur.

"Coffeemania": Bir nəfər üçün toyuq ətli yeməklərdə menyu 29, mal ətli yeməklərdə isə 34 manat təşkil edir. Çay limitsizdir, günün şirniyyatı verilir. 2024-cü illə müqayisədə 5 manat çoxdur.

"Tavada": Açıq bufet iftar menyusu 1 nəfər üçün 28 manatdır. 2024-cü ildə isə bu qiymət 26 manat idi.

"Özsüt": İmsak menyusu açıq bufet bir nəfər üçün 18 manat (, iftar menyusu 1 nəfər üçün 29-33-35 manat aralığında dəyişir. İmsak menyusu 2024-cü illə müqayisətə 2 manat endirilib, iftar menyusunun qiyməti isə eyni qalıb.

"Metropol 145": 2 nəfərlik iftar menyusu 35 manat təşkil edir. 2024-cü ilə müqayisədə qiymət dəyişməz qalıb.

"Central Baku"da imsak menyu açıq bufet 24 AZN, iftar menyu açıq bufet 44 AZN-dir. Qiymətlər 2 il əvvəlki menyularla müqayisə edildikdə 2-6 manat artıb.

"Ruby 360"da 1 nəfərlik 45, 2 nəfərlik iftar yeməyi 90 manat, 3 nəfərlik 135 manat, 4 nəfərlik isə 180 manatdır. Qiymətlərdə əvvəlki illərlə müqayisədə ciddi dəyişiklik yoxdur, 4 nəfərlik menyunun qiyməti 5 manat enib.

"Manzara Baku" və “Salam Baku” iftar menyularını ləğv edib. Menyudan sərbəst seçim edə bilərsiniz.

Maraqlandığımız restoranlar arasında adambaşına düşən qiymətə görə, ən bahalı iftar menyusu "Günaydın Baku" restoranındadır Belə ki, menyu yalnz 1 çeşiddir və 1 nəfərlik qiymət 90 manat təşkil edir. Bu da əvvəlki illərdəki qiymətlərlə eynidir.

“Dreamland”da iftar açmaq istəyən şəxs “Dream body athletic club and spa”da 25-35 manat, “Green lounge”da isə 55 manat ödəməlidir.

Onu da qeyd edək ki, əksər restoranlarda tələbat az olduğundan imsak menyuları yoxdur və qiymətlərə servis haqqı daxil deyil. Menyunun qiymətindən asılı olaraq əlavə servis haqqı ödəməli olacaqsınız.

Billurə Yunus
 

Chosen
66
15
olke.az

10Sources