EN

Avropada əhalinin 20% i diktatura istəyir “Politico”

ain.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.

Avropa vətəndaşlarının 50%-dən çoxu demokratiyanın işləmə tərzindən narazıdır və hər beş nəfərdən biri Avropada diktatura istəyir.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Politico” nəşri “AboutPeople” tərəfindən dörd Aİ ölkəsində, həmçinin, Böyük Britaniyada aparılan ictimai rəy sorğusuna istinadla məlumat yayıb.

Nəticələrə görə, Yunanıstanda respondentlərin 76%-i, Fransada 68%-i, Rumıniyada 66%-i, Böyük Britaniyada 42%-i, İsveçdə isə 32%-i demokratik idarəetmə formasını dəstəkləsə də, Avropa demokratiyasının işləmə tərzindən narazıdır,

Bütün respondentlərin 22%-i isə demokratiyadansa, diktaturaya üstünlük verir.

Respondentlərin dörddə birindən çoxu, yəni, 26%-i ölkələrində “bacarıqlı və təsirli” bir lider peyda olarsa, ona müvəqqəti diktatura səlahiyyətləri verməyə hazır olduqlarını bildirib. Bu o deməkdir ki, o, demokratik hüquq və azadlıqları məhdudlaşdıra biləcək və hərəkətlərinə görə xalq qarşısında rəsmi olaraq hesabat verməyəcək.

Avropa cəmiyyətinin hansı qurumlarına ən çox etibar etdikləri sualına isə sorğu iştirakçılarının 43%-i Brüsseldə yerləşən Aİ qurumlarına, 27%-i rəsmi mediaya və 24%-i siyasi partiyalara etibar etdiyini bildirib.

Nəşrdə sorğuda neçə nəfərin iştirak etdiyi göstərilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
57
1
yeniavaz.com

2Sources