Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.
“Ana sağlam olsa da, bu, uşaq da mütləq sağlam olacaq anlamına gəlmir, belə bir qayda yoxdur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova bildirib.
Həkim qeyd edib ki, sağlam qadın həmişə sağlam uşaq doğacaq deyə, bir zəmanət yoxdur, çünki gen mutasiyaları da mümkündür:
“Məsələn, daun sindromu hər kəsdə baş verə bilər. İki sağlam valideyn, məsələn, 25 yaşdan kiçikdirlər və hər şey normaldır, amma gen mutasiyaları hələ də yarana bilər.Hamiləlik dövründə düşüklər stress, xəstəlik və ya immunitetin zəifləməsi səbəbindən də meydana gələ bilər.
Buna görə 100 % sağlam uşaq anlayışı yoxdur. Lakin düşünülür ki, qadın sağlamdırsa, hamiləliyinə diqqətlə yanaşacaq və bütün həkim tövsiyələrinə əməl edərsə, nəticə böyük ehtimalla müsbət olacaq”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.