AZ

"Sağlam ananın sağlam övladı olmalıdır" fikri nə dərəcədə düzgündür? - AÇIQLAMA

"İnsan sağlamdırsa, mütləq uşaq da sağlam doğulmalıdır - belə bir anlayış yoxdur. Sağlam qadın mütləq sağlam uşaq gətirəcək deyə bir qayda yoxdur".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova Nazirliyin “Instagram” hesabında keçirilən canlı yayımda bildirdi.

Həkim həmçinin vurğuladı ki, gen mutasiyaları da mövcuddur:

"Məsələn, daun xəstəliyi hər kəsdə baş verə bilər. İki sağlam valideyn, məsələn, 25 yaşdan kiçikdirlər, hər şey normaldır, amma gen mutasiyaları ola bilər. Hamiləlik dövründə düşüklər stressdən, xəstəlikdən və ya immunitetin zəifləməsindən yaranan problemlərdən də baş verə bilər. Ona görə 100 faiz sağlam uşaq anlayışı yoxdur. Lakin düşünülür ki, qadın sağlamdırsa, hamiləliyinə diqqətlə yanaşacaq və bütün həkim tövsiyələrinə riayət edərsə, nəticə çox güman ki, müsbət olacaq".

Nuriyyə NATİQQIZI

Seçilən
94
3
redaktor.az

4Mənbələr