Bakı.Trend:
Yasamal rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb. Beləki, naməlum şəxs mənzillərdən birinə daxil olaraq oradan 30 minmanat dəyərində qızıl-zinət əşyalarını oğurlayaraq hadisə yerindənuzaqlaşıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilir ki, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Şöbəsiəməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəlibilinən, əvvəllər elə həmin binadan başqa bir mənzildən oğurluqetdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyənedilərək saxlanılıb. Onun taladığı qızıl-zinət əşyalarını zərgərlikmağazalarından birinə satdığı məlum olub.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsindəhəbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.