AZ

Bakıda mənzildən 30 min manatlıq qızıl zinət əşyaları oğurlamaqda təqsirləndirilən şəxs həbs olunub

ain.az, 525.az portalına istinadən məlumat verir.

Bakının Yasamal rayonu ərazisində mənzildən 30 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər həmin binadakı başqa mənzildən oğurluq etdiyinə görə məhkum olunmuş 27 yaşlı Emin Məmmədov müəyyən edilərək saxlanılıb. Onun oğurladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarından birinə satdığı məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
4
525.az

10Mənbələr