EN

Şəhid övladlarının unudulmaz düşərgə günləri - FOTO

Naxçıvan, 18 fevral, AZƏRTAC

Naxçıvanın qarlı dağları bu günlərdə ən əziz qonaqlarını – Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın övladlarını qarşılayıb. “YAŞAT” Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, AHİK, AZAL və Naxçıvan MR Həmkarlar İttifaqları Şurasının dəstəyi ilə reallaşan qış düşərgəsi uşaqların yaddaşında silinməz izlər qoyur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgənin əsas dayanacağı olan Ağbulaq İstirahət Mərkəzi rəngarəng görüntülərə səhnə olub. Peşəkar təlimçilərin nəzarəti altında ilk dəfə xizək üzərinə çıxan uşaqların həyəcanı və sevinci fotolardan da aydın görünür. Onlar təkcə idmanla məşğul olmur, həm də soyuq qış havasında yeni dostluqların təməlini qoyurlar.

Düşərgədən fotoları təqdim edirik.

Chosen
120
1
azertag.az

2Sources