EN

Əfqanıstanda 500 musiqi aləti müsadirə edilərək yandırıldı

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Əfqanıstanın Fəzilət Təşviqi Nazirliyinin əməkdaşları tonqallarda 500 musiqi alətini yandırıblar.

Yeniavaz.com xəbər verir ki, bu barədə Əfqanıstanın “Pajhwok” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, bütün bu “mənəvi korrupsiya alətləri” bir il ərzində hakimiyyət orqanları tərəfindən Pərvan əyalətinin sakinlərindən müsadirə edilib.

“Mərkəzi Pərvan əyalətində Fəzilət Təşviqi, Əxlaqsızlığın Qarşısının Alınması və Şikayətlər Nazirliyinin Departamenti 500-dən çox musiqi alətinin və əlaqəli əşyaların yandırılaraq məhv edildiyini bildirib”, - məlumatda deyilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
97
yeniavaz.com

1Sources