EN

Çempionlar Liqası: "İnter" səfərdə məğlub olub, "Atletik" heç-heçə edib

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşlərinə yekun vurulub.

"Far.Az"un məlumatına görə, daha dörd qarşılaşma keçirilib.

"Qarabağ" öz meydanında "Nyukasl"a 1:6, "İnter" isə səfərdə "Budyo Qlimt"ə 1:3 hesabı ilə məğlub olub. "Atletik" Belçikada "Brügge" ilə heç-heçə (3:3) edib, "Bayer 04" isə Yunanıstanda "Olimpiakos"a iki cavabsız qolla qalib gəlib.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

18 fevral

21:45. "Qarabağ" (Azərbaycan) - "Nyukasl" (İngiltərə) – 1:6

00:00. "Olimpiakos" (Yunanıstan) - "Bayer 04" (Almaniya) – 0:2

00:00. "Budyo Qlimt" (Norveç) - "İnter" (İtaliya) – 3:1

00:00. "Brügge" (Belçika) - "Atletik" (İspaniya) – 3:3.

Qeyd edək ki, pley-off mərhələsinin cavab qarşılaşmaları bir həftə sonra keçiriləcək.

Chosen
88
2
far.az

9Sources