EN

ABŞ 2003-cü ildən bəri Yaxın Şərqdə ən böyük hava qüvvələri qruplaşmasını formalaşdırır

Amerika Birləşmiş Ştatları 2003-cü ildə İraqa hərbi müdaxilədən sonra ilk dəfə olaraq Yaxın Şərqdə ən genişmiqyaslı hava qüvvələri qruplaşmasını yerləşdirir.

Editor.az The Wall Street Journal nəşrinə istinadla xəbər verir ki, yayılan məlumatlara əsasən, son günlər regiona F-35 Lightning II və F-22 Raptor tipli qırıcı təyyarələr göndərilib. Bundan əlavə, hücum təyyarələri və elektron müharibə vasitələri daşıyan daha bir aviadaşıyıcı gəmi potensial əməliyyat zonasına doğru hərəkət edir. Eyni zamanda komanda-idarəetmə təyyarələri yerləşdirilir, son həftələr ərzində isə mühüm hava hücumundan müdafiə sistemləri də bölgəyə dislokasiya olunub.

Qəzetin mənbələri bildiriblər ki, Vaşinqton İrana qarşı mümkün hərbi ssenarilərə hazır olsa da, ABŞ Prezidenti Donald Trump hələlik yekun qərar qəbul etməyib.

Mənbələrin sözlərinə görə, formalaşdırılan yeni hava qruplaşması yalnız birdəfəlik zərbə əməliyyatı üçün deyil, uzunmüddətli və fasiləsiz hava əməliyyatlarının aparılmasına imkan yaradır. Buna nümunə kimi iyun ayında İranın üç nüvə obyektinə qarşı həyata keçirilmiş “Gecəyarısı Çəkici” əməliyyatı göstərilir.

//Gülnarə Abasova, Editor.az

Chosen
105
27
editor.az

10Sources