EN

Yeni format müzakirə olunur: Donbasdan qoşunlar çıxarılır...

Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son həftələrdə Ukrayna və Rusiya nümayəndələri Donbasda elə bir demilitarizasiya zonası yaradılması ideyasını müzakirə ediblər ki, bu zonaya tərəflərdən heç birinin ordusu tərəfindən nəzarət olunmayacaq.

Axar.az xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan üç anonim mənbəyə istinadən “Nyu York Tayms” məlumat yayıb.

Bildirilir ki, bu müzakirələr xüsusilə Donald Tramp administrasiyasının 28 bəndlik “sülh planı”nda əks olunmuş təklifin yenidən gündəmə gətirilməsi deməkdir.

“Atlantic Council” analitik mərkəzinin əməkdaşı və ABŞ-ın Kiyevdəki keçmiş səfiri Uilyam Teylorun fikrincə, demilitarizasiya zonası Ukraynadakı müharibənin real həllinin bir hissəsinə çevrilə bilər.

Lakin ekspert hesab edir ki, Ukrayna tərəfinin maraqları da qorunmalıdır. Bunun üçün Tramp administrasiyası Rusiyaya təzyiq göstərməlidir:

“Vacibdir ki, bu, məcburi və balanssız deyil, real bir həll olsun. Hər hansı məcburi qərar sabit olmayacaq və uzunmüddətli davam gətirməyəcək”.

Nəşr yazıb ki, tərəflər potensial demilitarizasiya ərazisində azad ticarət zonasının yaradılmasını da müzakirə ediblər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
115
2
axar.az

3Sources