ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ administrasiyası yaxın iki ay ərzində Suriyadakı bütün hərbi kontingentini çıxarmağı planlaşdırır.
Redaktor.az xəbər verir ki, bu barədə "CBS News" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, təxminən 1000 amerikalı hərbçi ölkəni tərk edəcək. Bu, ABŞ-nin Suriyada “İslam Dövləti”nə (İŞİD) qarşı mübarizə çərçivəsində təxminən on il davam edən hərbi mövcudluğunun başa çatması demək olacaq. Bildirilir ki, bu il ABŞ qüvvələri artıq Suriyanın cənubundakı “Əl-Tanf” bazasından və şimal-şərqdə yerləşən Əş-Şəddadi rayonundan çıxıblar.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.