EN

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır

Bakı. Trend:

Direktorların işə qəbulu üzrə müsahibələrə başlanılır.

Trend xəbərverir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyi məlumat yayıb.

Bildirilir ki, fevralın 20-dən dövlət ümumi təhsilmüəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqəninmüsahibə mərhələsinə başlanılır.

Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə,pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə,problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə dəsosial və emosional bacarıqlar nəzərə alınmaqla ümumilikdə 7 meyarüzrə qiymətləndiriləcəklər.

Namizədlər müsabiqə qaydalarına uyğun olaraq müsahibəmərhələsinə ali təhsili, pedaqoji stajı, qiymətləndirməgöstəriciləri, eləcə də müraciət etdikləri təhsil müəssisəsindəkişagird sayı nəzərə alınmaqla ardıcıllıq prinsipi əsasında mərhələlişəkildə dəvət ediləcəklər.

Qeyd edək ki, ilk 6 gün ərzində baş tutacaq müsahibələrindəvətləri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Chosen
38
34
az.trend.az

10Sources