EN

Bakıda poker etdi, ən yaxşı oyunçu adına namizəd oldu

style='margin-bottom:10px;'>

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, Bakıda keçirilən görüşdə “Qarabağ”a 4 qol vuran “Nyukasl”ın hücumçusu Entoni Qordon da namizədlər arasında yer alıb.

Ondan başqa, siyahıda “Bodo/Qlimt”dən Kasper Hoq, “Bayer”dən Patrik Şik və PSJ-dən Dezire Duenin də adı var.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində məlum olacaq.

Xatırladaq ki, Entoni Qordon Çempionlar Liqasında bu mövsüm vurduğu qolların sayını 10-a çatdıraraq bombardirlər siyahısında 1-ci yerə yüksəlib.

Chosen
97
1
teleqraf.com

5Sources