EN

Alleqri Fabreqasa: "Sən dünən məşqçiliyə başlayan uşaqsan"

İtaliya A Seriyasının 24-cü turunun "Milan" - "Komo" (1:1) matçından sonra ev sahibi komandanın baş məşqçisi Massimiliano Alleqri ilə qonaq komandanın çalışdırıcısı Sesk Fabreqas arasında sözlü mübahisə yaşanıb.

Fanat.Az xəbər verir ki, matç zamanı Fabreqas "qırmızı-qaralar"ın hücumçusu Aleksis Saelemaekeri yan xəttə itələyərək Alleqrini qəzəbləndirib. 

Massimiliano texniki zonadan kənara çıxıb və mübahisə nəticəsində qırmızı vərəqə alıb. Oyundan sonra iki məşqçi mətbuat konfransına gedərkən yenidən mübahisə ediblər. Tanınmış insayder Nikolo Skiranın iddiasına görə, italiyalı mütəxəssis Alleqri ispaniyalı Seski "dünən məşqçiliyə başlayan uşaq" adlandırıb.

Cari İtaliya çempionat mövsümündə "Milan" 54 xalla ikinci yerdədir. 42 xalı olan "Komo" isə altıncı pillədə qərarlaşıb. 

Chosen
53
fanat.az

1Sources