EN

Ötən ay Gürcüstanın Azərbaycana ixracı 8%-dək azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2026-cı ilin yanvar ayında Azərbaycanla Gürcüstanın ticarət dövriyyəsinin dəyəri 98 milyon 132 min dollara bərabər olub.

Banco.az Gürcüstan Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, ötən ay Gürcüstandan Azərbaycana ixracın dəyəri 42 milyon 792 min dollar təşkil edib. Bu da illik müqayisədə 7,6% azdır. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 8,9%-ni təşkil edib.

2025-ci ilin eyni dövründə bu ölkədən Azərbaycana ixracın dəyəri 46 milyon 291 min dollar olub. 

Azərbaycandan idxal isə 55 milyon 339 min dollara bərabər olub. Bu isə illik müqayisədə 11,9% azalma deməkdir. 2025-ci ilin eyni dövründə bu göstərici 62 milyon 822 min dollar təşkil edirdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
21
banco.az

1Sources