EN

Dostunun atasını öldürməyə cəhd edən şəxsin məhkəmə işi

Bakıda dostunun atasını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zahid Bayramovun cinayət işi üzrə məhkəməsi davam etdirilib. 

"Unikal"ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anası Banu Eminova dindirilib: 

"Oğlumla yoldaşım arasında münasibətlər yaxşı olub. Oğlum işləmirdi. Zahid narkotik istifadəçisi olub. Məndən tez tez pul istəyirdi. Pulu sənədlərini düzəltdirmək üçün istədi". 

Təqsirləndirilən şəxs isə bildirib ki, atası ona qarşı ayrı-seçkilik edib:

"Atam digər oğullarına qarşı belə deyildi. Ayrıseçkilik edirdi. Ondan pul istəyəndə üzümə tüpürdü. Ata oğulun üzünə tüpürməz. Mən onu vurmaq istəsəydim istər evdə, istərsə də başqa yerdə vurardım. Pulu sənədlərimi düzəldib bu ölkədən getmək üçün istəyirdim".

Lətifə Bayramova təqsirləndirilən şəxslə qonşu olduğunu bildirib:

"Bu işdə bıçaqlanan şəxsin həyat yoldaşıyam. Zahidin indiyə qədər məhlədə hər hansı bir davasını görməmişəm. Yoldaşım bıçaqlananda dərhal onu xəstəxanaya çatdırıb həyatını xilas edə bildik".

Məhkəmənin növbəti iclası fevralın 26-na təyin edilib. 

İttiham aktına əsasən, hadisə Şüvəlan qəsəbəsində baş verib. Zahid Bayramov üzərində saxladığı bıçaqla qonşusu İnqilab Bayramovun döş qəfəsinə və bədənin digər nahiyələrinə bir neçə dəfə zərbə vuraraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkmiş Sabunçu Tibb Mərkəzinə çatdırılıb. Vaxtında göstərilən tibbi yardım nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Zahid Bayramov Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hakim təqsirləndirilən şəxsə xatırladıb ki, ona ittiham olunduğu maddələrin sanksiyasına əsasən 14 ildən 20 ilədək azadlıqdan məhrumetmə və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Məhkəmədə ifadə verən Z.Bayramov özünü ittiham üzrə qismən təqsirli bilib. O bildirib ki, bu vaxta qədər şəxsiyyətini təsdiq edən sənədi olmayıb və bu səbəbdən atası Ədalət Bayramovla dəfələrlə mübahisə edib. Onun sözlərinə görə, uşaqlıqdan özünə qarşı doğma münasibət hiss etmədiyi üçün bir müddət həmin şəxsin onun bioloji atası olmadığına dair şübhələri yaranıb.

Zahid Bayramova qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu

Chosen
158
50
unikal.az

10Sources