EN

12 bankın xalis mənfəəti azalıb

2025-ci ildə Azərbaycandakı 22 bankdan 5-nin (xalis) mənfəəti 50 milyon manatdan çox olub.

Bunlar, “Azərbaycan Beynəlxalq Bankı” (335,7 milyon manat), “Kapital Bank” (315 milyon manat), “PAŞA Bank” (148,9 milyon manat), “Xalq Bank” (61,1 milyon manat) və “Bank Respublika”dır (60,6 milyon manat).

Qalan 17 bankdan 9-da (xalis) mənfəət 10-50 milyon manat arasında, 7 bankda 1-10 milyon manat arasında olub, 1 bank – “Bank BTB” isə ötən ili zərərlə başa vurub.

Son 1 ildə 22 bankdan 9-nun (xalis) mənfəəti artıb. Ən yüksək dinamika “Kapital Bank”da (68,9%), ən aşağı dinamika isə “Azərbaycan Sənaye Bankı”nda (2,7%) qeydə alınıb.

İş elanları AzVak.az-da

12 bankın xalis mənfəəti isə azalıb. Ən çox azalma “Azər-Türk Bank”da (52,5%), ən az azalma isə “Bank VTB Azərbaycan”da (4,5%) qeydə alınıb. Diqqət çəkən məqam aparıcı 10 bankdan 4-də xalis mənfəətin azalması olub:  “PAŞA Bank” - 29,3%, “Xalq Bank” - 7,1%, "Access Bank" - 9,3% və Yelo Bank - 27,8%.

“Bank BTB”nin isə zərəri 51,8% azalıb.

© YurdMedia

Chosen
60
3
marja.az

4Sources