Növbədə orta gözləmə müddəti isə 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyə təşkil edib.
QHT.az xəbər verir ki, DOST mərkəzlərində vətəndaş məmnunluğuna nail olunmasında mühüm amillərdən biri də xidmətlərin çevikliyinin təmin edilməsidir.
İlk DOST mərkəzinin fəaliyyətə başladığı 2019-cu ilə nisbətən DOST mərkəzlərində
- vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyədən 23 faiz azalaraq 7 dəqiqə 25 saniyəyə,
- vətəndaşların növbədə orta gözləmə müddəti 4 dəqiqə 14 saniyədən 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyəyə enib.
Qeyd edək ki, indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 2 DOST xidmət məntəqəsi və “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.
Ötən dövrdə 4,2 milyondan çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,8 faizdir.