AZ

DOST mərkəzlərində vətəndaşlara xidmət göstərilməsinin orta müddəti 7 dəqiqə 25 saniyəyə enib

Bakı, 19 fevral, AZƏRTAC

DOST mərkəzlərində vətəndaş məmnunluğuna nail olunmasında mühüm amillərdən biri də xidmətlərin çevikliyinin təmin edilməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk DOST mərkəzinin fəaliyyətə başladığı 2019-cu ilə nisbətən DOST mərkəzlərində vətəndaşlara xidmətlərin göstərilməsinin orta müddəti 9 dəqiqə 39 saniyədən 23 faiz azalaraq 7 dəqiqə 25 saniyəyə, vətəndaşların növbədə orta gözləmə müddəti 4 dəqiqə 14 saniyədən 2 dəfə azalaraq 2 dəqiqə 3 saniyəyə enib.

Qeyd edək ki, indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, 2 DOST xidmət məntəqəsi və “Smart DOST” xidmət məntəqəsi istifadəyə verilib.

Ötən dövrdə 4,2 milyondan çox vətəndaş DOST xidmətlərindən faydalanıb. Bu xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,8 faizdir.

Seçilən
51
5
azertag.az

6Mənbələr