EN

Bakının Nərimanov rayonunda evdən oğurluq edənlər saxlanılıb

Bakının

Bakı, 4 yanvar, AZƏRTAC

Yanvarın 2-nə keçən gecə Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Chosen
302
3
azertag.az

9Sources