AZ

Bakının Nərimanov rayonunda evdən oğurluq edənlər saxlanılıb

Yanvarın 2-nə keçən gecə Nərimanov rayonu ərazisində evlərin birindən 2000 manat dəyərində santexnik avadanlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Hacırəhim Rəhimov və Valeh Əsgərov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
168
3
sia.az

9Mənbələr