EN

Millimiz Rusiya ilə bacarmadı

Belarusun paytaxtı Minskdə 18 yaşadək futbolçular arasında təşkil olunan beynəlxalq turnir start götürüb.

Fanat.Az xəbər verir ki, səkkiz komandanın iştirak etdiyi ənənəvi turnirə qatılan Azərbaycan millisi ilk oyununu Rusiya yığmasına qarşı keçirib. 

U-18 ilk yarıda 3 cavabsız qol buraxdığı matçdan 1:8 hesabı ilə məğlub ayrılıb. Yığmamızın heyətində yeganə qolu 58-ci dəqiqədə penaltidən Nicat Kərimov vurub.

Qeyd edək ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu Azərbaycan millisi fevralın 20-də Özbəkistan, 21-də Belarusla üz-üzə gələcək.

Chosen
21
fanat.az

1Sources