EN

Fransada 1,2 milyon bank hesabından məlumatlar OĞURLANIB

Ajans.az xəbər verir ki, bu barədə Fransa İqtisadiyyat Nazirliyinin rəsmi saytında məlumat verilib. Məlumata görə, bu ilin yanvar ayında özünü vəzifəli şəxs kimi təqdim edən kibercinayətkar Fransa banklarında açılmış hesablar haqqında məlumatları ehtiva edən faylın bir hissəsinə giriş əldə edib. Xüsusilə RIB/IBAN hesab nömrələri, müştərilərin şəxsi məlumatları, ünvanları və bəzi hallarda vergi ödəyicilərinin identifikasiya nömrələri oğurlanıb. İqtisadiyyat Nazirliyi bildirib ki, bu məlumatlar hesablar üzrə vəsait köçürmək və ya çıxarmaq üçün kifayət etmir. Lakin əldə edilən məlumatlar daha mürəkkəb saxtakarlıq sxemlərində istifadə oluna bilər, məsələn, guya kreditorlar adından müəyyən şərtlər altında bu hesablardan birbaşa debetlərin həyata keçirilməsi.

 

Chosen
43
Ajans.az

1Sources