EN

Kamran Əsədovla Gündüz Abbasovun növbəti məhkəmə prosesikeçirilir

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

Redaktor.az xəbər verir ki, proses  bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə baş tutub. Prosesdə təqsirləndirilən şəxslər tanınmış təhsil eksperti  Kamran Əsədov  və Gündüz Abbasov, həmçinjn şahidlər, zərərçəkmişlər və DİM nümayəndələri iştirak edirlər.

Bundan əvvəlki prosesdə, yanvarın 23-də tanınmış təhsil eksperti Kamran Əsədov məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub("Unikal").

Chosen
93
17
redaktor.az

10Sources