EN

Şəhər ekosistemində mobillik və əlçatanlıq

Şəhər mobilliyi əhalinin və ərazilərin perspektiv inkişafını nəzərə alaraq bütün yol hərəkəti iştirakçıları üçün təhlükəsiz, əlçatan və dayanıqlı mühit formalaşdırır. Düzgün planlaşdırılmış şəhərdaxili hərəkət yol hərəkətinin təhlükəsizliyini təmin etmək, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini və əlçatanlığını artırmaq, nəqliyyat və piyada infrastrukturunu müasir tələblərə uyğun inkişaf etdirməkdir.

Şəhərlər böyüdükcə nəqliyyat sistemi təkcə hərəkəti təmin edən mexanizm deyil, həm də sosial inklüzivliyin, iqtisadi dinamikanın və ekoloji tarazlığın mühüm alətinə çevrilir. Effektiv planlaşdırılmış mobillik sistemi ətraf mühitə mənfi təsirləri minimuma endirir.

İctimai nəqliyyat şəxsi avtomobillərdən asılılığın azalmasına, tıxacların və hava çirklənməsinin minimuma enməsinə töhfə verir.

Alternativ hərəkət vasitələri — velosipedlər, skuterlər və digər həllər şəhər mobilliyini daha çevik, sürətli və ekoloji cəhətdən təmiz edir.

Dayanıqlı mobillik yalnız infrastruktur məsələsi deyil, həm də davranış mədəniyyətidir. Hər kəsi ictimai nəqliyyata üstünlük verməyə, alternativ nəqliyyat vasitələrindən istifadə etməyə və ekoloji təmiz şəhər mühitinin formalaşmasında fəal iştirak etməyə çağırırıq.


Chosen
42
ekologiya.az

1Sources