EN

Pakistanda yaşayış binasında baş verən partlayış nəticəsində azı 16 nəfər ölüb

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Pakistanın Karaçi şəhərində qaz partlayışı baş verən yaşayış binasının bir hissəsinin uçması nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla azı 16 sakin həlak olub, 14 nəfər yaralanıb.

AZƏRTAC “Dawn” nəşrinə istinadla xəbər verir ki, yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Günortadan sonra 1122 xilasetmə xidməti axtarış-xilasetmə əməliyyatının başa çatdığını bildirib.

Rəsmi məlumatda bildirilib ki, ölənlər arasında səkkiz azyaşlı, dörd qadın və dörd kişi var. Şəhər meri jurnalistlərə müsahibəsində deyib: “Polis ərazini mühasirəyə alıb və təhlükəsizliyi gücləndirib. Qəzanın baş verdiyi bina qanunsuz tikilidir və qəzalı vəziyyətdə olub”.

Chosen
98
1
azertag.az

2Sources