EN

Gürcüstanın Azərbaycandan yanacaq alışına çəkdiyi xərc artdı

ain.az, Avtosfer saytına istinadən bildirir.

Bu ilin yanvar ayında Gürcüstan Azərbaycandan 12,6 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

Avtosfer.az-ın Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 47 % çoxdur.

Yanvarda Gürcüstan xarici ölkələrdən 283 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 2,2 dəfə çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 109,5 milyon ABŞ dolları, Rumıniyadan 42,5 milyon ABŞ dolları, Türkiyədən 32 milyon ABŞ dolları, Yunanıstandan 19 milyon ABŞ dolları, Kiprdən 17 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,6 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 145 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.

Oxunub 86

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
166
6
avtosfer.az

10Sources