EN

Sülh Şurası mənim iştirak edəcəyim ən vacib təşəbbüslərdən biridir - Tramp

Bakı. Trend:

Sülh Şurası mənim iştirak edəcəyim ən vacib təşəbbüslərdənbiridir.

Trend xəbər verir ki, bubarədə ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Sülh Şurasının ilkiclasında çıxışı zamanı bildirib.

"Bu, Sülh Şurası adlanır və demək asan, lakin tətbiq etməkçətindir. Amma biz bunu həyata keçirəcəyik və çox yaxşı iş görürük.Bizimlə olan bəzi liderlər cəmi ilk ildə mənə çox kömək etdilər.Çoxlu dostlar qazandım və sizin burada olduğunuza görə minnətdaram.Bunlar gözəl insanlardır. Bunlar görkəmli liderlərdir.

Sülh Şurası, iştirak edəcəyimi düşündüyüm ən vacib və mənalısəylərdən biridir. Biz artıq çox şeyə nail olmuşuq və həqiqətən də,ölkələrində müharibələrə son qoymaq üçün birlikdə çalışaninsanlarla çox işləmişəm. Bu müharibələrin bəziləri 32 il davametdi - 32, 34 və 37 il - bu, çox uzun müddətdir. Və biz onları hərbiri təxminən iki günə başa vurduq. Amma hələ də görüləsi işlərimizvar və biz bunu edirik. Qəzzada vəziyyət çox çətindir", - odeyib.

Xatırladaq ki, bu il yanvarın 16-da Tramp Sülh Şurası adlıbeynəlxalq təşkilat yaratmaq qərarını elan etmiş və AzərbaycanRespublikasını təsisçi üzv olmağa dəvət etmişdi.

Azərbaycan bu dəvəti qəbul etmiş və Amerika tərəfini SülhŞurasının təsisçi üzvü olmaq niyyəti barədəməlumatlandırmışdır.

Yanvarın 22-də Davosda "Sülh Şurası Xartiyası"nın imzalanmamərasimi keçirilmişdir (Board of Peace Charter).

Prezident İlham Əliyev və tədbirdə iştirak edən digər dövlət vəhökumət başçıları "Sülh Şurası Xartiyası"nı imzalamışlar.

Məqalədə:
Chosen
68
3
az.trend.az

4Sources