EN

Azərbaycanda ata çaydanı oğlunun başına çırpdı İş məhkəməyə getdi

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Göygöl rayonunda ata və oğul arasında yaşanan mübahisə cinayətlə nəticələnib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 29-da baş verib. 1965-ci il təvəllüdlü İlqar həmin gün saat 15 radələrində yaşadıqları evin mətbəxində övladı Mehdi ilə mübahisə edib. 

Bu zaman İlqar oğlundan özünə məxsus mobil telefonunu istəyib. Amma Mehdi əvvəllər onun sərxoş halda olarkən tanışlarına zəng edərək səbəbsiz yerə mübahisələr yaratmasını səbəb göstərib və mobil telefonu ona verməkdən imtina edib.Bunun üçün ata və oğulun arasında mübahisə yaranıb. Yaranmış mübahisə zamanı həmin otaqda yerləşən stolun üzərindəki çaydanı götürərək bir dəfə oğlunun baş nahiyəsinə zərbə vurub. 

İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 60 yaşında olmaqla sənətkarlıqla məşğuldur, bu vaxta kimi müqavilə üzrə dövlət qurumlarından birində işləyib: “İş yerimdən maaşımı alaq evə gələn zaman aldığım maaşın yarısını evdəkilərə vermişəm, yarısını da ehtiyata özümdə saxlamışam. Həmin vaxtı evdəkilər mənim bu hərəkətimə etirazını bildirdilər. Bundan sonra evdəkilərlə mübahisəm yarandı. Mübahisə zamanı oğlum Mehdi məni boğan zaman masanın üzərindəki çaydanı götürərək onun başından vurdum. Mübahisə zamanı evdə yoldaşım və qızım da olub. Həmin şəxslər də mübahisənin şahidi olublar”. Təqsirləndirilən şəxs əlavə olaraq bildirib ki, o, içki içən şəxs olmayıb: “Evdəki mübahisələrin səbəbi pul məsələsinə görə olub. Yaşanan hadisələrlə bağlı peşmançılıq hissi yaşayıram. Bundan sonra həmin hadisə təkrar yaşanmayacaq”. İş üzrə zərərçəkmiş Mehdinin sözlərinə görə, körpə yaşlarından müəyyən səbəblərə görə babası və nənəsi ilə yaşayır: “İlqar evdəkilərə hər ay qazancından cəmi 100 manat məbləğində pul verərək ailədən bütün ehtiyaclarını həmin pulla qarşılamalarını istəyib. Qalan pulu isə özündə saxlayın. Bununla belə İlqar ailəsinə baxmır. 25 yaşındakı öz qızından işləməsini tələb edir. Hətta yaxın zamanlarda təqsirləndirilən şəxs öz qızını vurmaq istəyən zaman anam mane oldu. Hadisə ərəfəsində evdəkilər təqsirləndirilən şəxsin evdə səs-küy yaratdığını mənə bildirdilər. Mən də bununla bağlı ondan evdə nalayiq sözlər işlətməməsi ilə xəbərdarlıq edən zaman məni polisə verəcəyini bildirdi. Həmin əsnada sinəsindən tutaraq itələyən zaman İlqar çayniklə qəfildən başıma vurdu”.Məhkəmədə zərərçəkmiş şəxsin atasına qarşı etdiyi şikayət edən zaman verdiyi izhatı açıqlanıb. O, həmin izahatında göstərib ki, Göygöl şəhərində ailəsi ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir: “Atam mütəmadi olaraq spirtli içki qəbul edərək yaşadığımız evə gəlib və evdə səbəbsiz yerə mübahisələr yaradıb. Atam sərxoş olan zaman tanışlara və dövlət idarələrinə zənglər edib, narahat etdiyi üçün təxminən məlum hadisədən iki həftə əvvəl telefonunu götürərək evdə gizlətdim. Hadisə günü, saat 15 radələrində atam sərxoş halda evə gələrək telefonunu ona verməyimi tələb etdi. Bu zaman atama sərxoş olmasını, kimlərəsə zənglər edərək narahatçılıq verməməsini, ayıldıqdan sonra telefonunu özünə verəcəyimi bildirdim. Bu zaman atam nalayiq ifadələr işlədərək evi dağıtmağa başladığı üçün onu tutaraq sakitləşdirmək istədim. Ancaq həmin vaxt atam evdə olan ağ rəngli çaydanı götürərək başımdan bir dəfə zərbə vurdu. Bu zaman aldığım zərbədən yerə yıxıldım və başımın qanamasını gördüm. Həmin vaxt təcili tibbi yardıma zəng etdim. Yaşadığımız evə gələn təcili tibbi yardım işçiləri mənə tibbi yardım göstərdi, qanımı dayandırdı. Bundan sonra olanlar barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə də məlumat verdim”.Bu cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş atasına qarşı şikayətini geri götürüb. 

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Fariz Məlikli

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
demokrat.az

1Sources