EN

45 il ərzində təhlükəli hava günləri üç dəfə artıb: ölkələr yanğınla mübarizəni çatdırmır

Bakı. Trend:

Son 45 ildə dünyada isti, quru və küləkli hava şəraitininmüşahidə olunduğu günlərin sayı təxminən üç dəfə artıb.

Trend bubarədə xarici KİV-ə istinadən xəbər verir.

Mütəxəssislər bildirirlər ki, bu tendensiya xüsusilə Amerikaqitəsində daha qabarıq şəkildə özünü göstərir. Araşdırmalara görə,belə hava şəraiti meşə yanğınlarının yaranması və sürətlə yayılmasıüçün əlverişli mühit formalaşdırır. Tədqiqatçıların hesablamalarınaəsasən, artımın yarıdan çoxu insan fəaliyyəti nəticəsində yarananiqlim dəyişikliyi ilə əlaqəlidir.

Qeyd edilir ki, qlobal istiləşmə dərinləşdikcə müxtəlifbölgələrdə yanğın riski eyni vaxtda artır. Bu isə yanğın təhlükəligünlərin çoxalmasına səbəb olur. Belə hallarda bir neçə regionparalel şəkildə yanğın üçün əlverişli şəraitə malik olur vəölkələrin bütün yanğın ocaqlarını eyni anda nəzarət altına almasıçətinləşir. Üstəlik, qonşu ölkələrin də oxşar problemlə üzləşməsiqarşılıqlı yardım imkanlarını məhdudlaşdırır.

Araşdırmaya əsasən, 1979-cu ildən sonrakı 15 il ərzində dünyadairi qlobal bölgələr üzrə ildə orta hesabla 22 sinxron yanğın havagünü qeydə alınıb. 2023 və 2024-cü illərdə isə bu göstərici ildə 60gündən çox olub.

Qlobal artımın 60%-dən çoxu kömür, neft və təbii qazınyandırılması nəticəsində yaranan iqlim dəyişikliyi iləəlaqələndirilir.

Regional göstəricilər də ciddi artımı təsdiqləyir. 1979–1988-ciillərdə ABŞ-ın kontinental hissəsində ildə orta hesabla 7,7 yanğıntəhlükəli gün qeydə alındığı halda, son 10 ildə bu rəqəm 38 günəyüksəlib.

Cənubi Amerikada isə 1979–1988-ci illərdə orta göstərici 5,5 günolduğu halda, son on ildə 70,6 günə çatıb. Təkcə 2023-cü ildə bugöstərici 118 gün təşkil edib.

14 qlobal bölgə üzrə aparılan təhlillərə əsasən, yalnızCənub-Şərqi Asiyada belə günlərin sayında azalma müşahidə olunub.Tədqiqatçılar bunu bölgədə rütubətli hava şəraitinin üstünlüktəşkil etməsi ilə izah edirlər.

Chosen
64
1
az.trend.az

2Sources