Rusiya Prezidenti Vladimir Putin “oğru həbsxanada oturmalıdır” deyə vurğulayıb. Onun fikrincə, lakin kiçik cinayətlər mütləq dərhal həbs cəzası tələb etmir.
Hakimlərin iclasında Putin sahibkarlıq və digər iqtisadi fəaliyyətlə bağlı cinayətlərdə şübhəli bilinən və təqsirləndirilən şəxslərə qarşı məhkəməyəqədər həbsin qabaqlayıcı tədbir kimi istifadəsinin əsaslandırılmasının müzakirə edilməli olduğunu qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, “kiçik cinayətlərə görə kimisə dərhal həbsxanaya salmaq həmişə doğru ola bilməz”. Onun sözlərinə görə, cəza qaçılmaz olmalıdır. “Amma bu cəzanın nə olması məsələsi məhz sizin sualınızdır”, – Putin hakimlərə deyib.
//Samir Qurbanov, Editor.az