EN

Rusiyada daha bir narahat gecə: 149 PUA vuruldu

Dünən gecə Rusiya hava hücumundan müdafiə qüvvələri Rusiyanın bölgələri üzərində 149 pilotsuz təyyarəni vurub.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, Bryansk bölgəsi üzərində 57, Qara dəniz və Azov dənizi üzərində 28, işğal edilmiş Krım üzərində 20, Krasnodar diyarı üzərində 17, Rostov vilayəti üzərində 2, Belqorod vilayəti üzərində isə 1 PUA vurulub.

Soçi, Anapa və Gəlincikdə hücum təhlükəsi elan edilib. Soçi meri hücumun dəf edildiyini bildirib.

Chosen
74
publika.az

1Sources