EN

İslam bankçılığı ilə bağlı qanunvericiliyə dəyişiklik layihəsinin qısa müddətdə hökumətə təqdim edilməsi planlaşdırılır - AMB

Bakı. Trend:

İslam bankçılığı ilə bağlı Mülki Məcəlləyə, Vergi Məcəlləsinə,“Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında",“Dövlət rüsumu haqqında”, “Kredit Büroları haqqında” və “Dövlətəmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan RespublikasınınQanunlarına təklif olunan müvafiq dəyişikliklər hüquqi ekspertizayatəqdim edilib.

Bunu Trend-əözəl müsahibəsində Azərbaycan Mərkəzi Bankının (AMB) başdirektoru Şahin Mahmudzadə deyib.

O bildirib ki, dəyişikliklər layihəsinin ən qısa müddətdəhökumətə təqdim edilməsi planlaşdırılır.

“Eyni zamanda Məcəllə və Qanunlara dəyişikliklər layihəsininqəbulundan sonra İslam maliyyə məhsullarının tətbiqindən irəligələn risklərin tənzimlənməsi məqsədilə növbəti mərhələdəprudensial tənzimləmə çərçivəsinin müəyyən edilməsi nəzərdətutulur”, - deyə Ş. Mahmudzadə vurğulayıb.

Mərkəzi Bankın Baş direktoru İslam maliyyə əməliyyatlarınınƏDV-dən azad edilməsi məsələsinə də toxunub.O qeyd edib ki,alternativ (İslam) bankçılıq fəaliyyəti çərçivəsində göstərilənmaliyyə xidmətlərinin ənənəvi bankçılıq xidmətləri ilə eyni vergirejiminə bərabər tutulması və ənənəvi və alternativ bankçılıqfəaliyyəti arasında vergi neytrallığının təmin olunmasına xidmətedir. Ş. Mahmudzadə bildirib ki, qeyd olunan məsələ hazırdahazırlanmış qanunvericilik dəyişiklikləri layihəsində öz əksinitapıb və yaxın zamanda layihənin aidiyyəti dövlət qurumlarınatəqdim edilməsi nəzərdə tutulur.

Chosen
28
1
az.trend.az

2Sources