ain.az bildirir, Azvision saytına əsaslanaraq.
AzVision.az xəbər verir ki, Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlardakı daimi nümayəndəsi Mixail Ulyanov belə məlumat yayıb. “Çin, İran və Rusiyanın daimi nümayəndələri MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşərək İranla bağlı məsələlərə dair birgə mesajlar çatdırdılar. Bütün mövcud problemlərin siyasi və diplomatik yolla həllinə ehtiyac olduğuna xüsusi diqqət yetirilib”, - rusiyalı dipolmat öz Telegram-kanalında yazıb. Xatırladaq ki, son vaxtlar Vaşinqton-Tehran münasibətlərinin yenidən kəskinləşməsinin əsas səbəblərindən biri İranın nüvə proqramının İsraildə və ABŞ-də doğurduğu ciddi narahatlıqdır. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.